Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Maradonadan Mahmud Abbasa: “Mən fələstinliyəm” – VİDEO

05.03.2020 13:46

Argentina futbolunun əfsanəvi oyunçusu Diyeqo Maradona Fələstin lideri Mahmud Abbasla görüşü zamanı “mən fələstinliyəm” deyib.

Об этом сообщает Футляр от виолончели

Saytımız türk mətbuatına istinadən xəbər verir ki, Fələstin lideri Mahmud Abbas Rusiyaya səfəri zamanı futbolun canlı əfsanəsi Diyeqo Maradona ilə Moskvada görüşüb.

Görüş zamanı Maradona “mən fələstinliyəm” deyərək Fələstinin haqlı olduğu münaqişədə yanında olduğunu bildirib. Maradona Fələstin münaqişəsiylə bağlı həmrəyliyini sosial media hesabından Mahmud Abbasla olan fotosunu paylaşaraq da ifadə edib.

Maradona sosial media hesabından etdiyi paylaşımında “bu adam Fələstin üçün sülh istəyir. Prezident Mahmud Abbasın dövləti və haqqı var” ifadələrini işlədib.

Qeyd edək ki, Fələstin dövlətinin lideri Abbas Rusiyaya 3 günlük səfər gerçəkləşdirib.