Marko Rossi: “Azərbaycan bizə və digər komandalara problem yarada bilər”
05.03.2020 13:46Qrupumuz bundan yaxşı və ya pis ola bilərdi. Dünya çempionatında gümüş medal qazanan Xorvatiya kimi çətin rəqibimiz var”.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, bu fikirləri Azərbaycan yığması ilə eyni qrupa düşən Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi federasiyanın saytına açıqlamasında AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri dəyərləndirərkən deyib.
54 yaşlı mütəxəssis Slovakiya millisinin kağız üzərində favorit olduğunu bildirib: “Amma oyun kağız üzərində qurulmur. Bizim arzumuz 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaqdır. Öz azarkeşlərimizin qarşısında Avropa çempionatında çıxış etmək istəyirik. Asan deyil, amma bu vəzifədən qorxmuram. Karyeramda heç nə asan olmayıb”.
M.Rossi Azərbaycan milli komandası haqqında da fikirlərini bölüşüb: “Azərbaycan təkcə bizə deyil, eyni zamanda digər komandalara da Bakıda – öz meydanlarında problem yarada bilər. Bu ölkə son vaxtlar inkişaf edib. Biz hər bir komandanı qiymətləndirməliyik”.
Qeyd edək ki, Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.

