Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Maşın” bu dəfə kimin üçün əldən getdi?

05.03.2020 13:46

“Hind kinosu” devizi ilə yayınlanan “Maşın” şounu daha bir iştirakçı tərk edib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, aktrisa Xəyalə Quliyeva səsverməyə çıxıb. O, oyun boyu hədəfini açıqlamayıb. Veriliş bitməyə az qalmış deyib ki, qalib gələrsə, kişi iştirakçılardan birini oyundan uzaqlaşdıracaq. Xəyalə Quliyeva 85,62 faiz səs toplayıb və “Maşın”da qalmağa haqq qazandırıb.

O, oyundan Nazilə Səfərlini güclü rəqib gördüyü üçün uzaqlaşdırıb.

Qeyd edək ki, hazırda şouda mübarizəni Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva, aparıcı Sərxan Kərəmoğlu davam etdirir.

Xatırladaq ki, bu gün Nazilə Səfərlinin əlini maşından çəkdiyi görüntülər yayılıb. Sosial şəbəkələrdə müzakirə olunan görüntülərə görə şairənin oyundan uzaqlaşdırıldığı iddia edilir.