Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Maşın Şou”da səsverməni Murad idarə edir – SƏSYAZISI

05.03.2020 13:46

Reytinqli verilişlərdən biri olan “Maşın Şou”nun 17-ci buraxılışı sabahdan etibarən ATV kanalında yayımlanacaq.
Lakin veriliş yayımlanmamışdan öncə proqram haqda bir sıra iddialar irəli sürülüb.
Belə ki, verilişin 2006-cı ildə iştirakçılarından biri olan müğənni Cavan Zeynallı “Maşın Şou”da bəzi saxtakarlıqların olduğunu iddia edir.
O, Open.az-a açıqlamasında səsvermənin süni yolla idarə olunduğunu vurğulayıb.
C.Zeynallı həmçinin layihə rəhbəri, şounun aparıcısı Murad Dadaşovun iştirakçıların qərarlarına müdaxilə etdiyini dilə gətirib.
Cavan Zeynallının sözügedən səsyazısını təqdim edirik:

Об этом сообщает Роспрес