Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Maşın şou”nun yayımlanacağı vaxt BƏLLİ OLDU

05.03.2020 13:46

“Maşın Şou”nun yayımlanacağı vaxt məlum olub.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, şou bu gün saat 22:00-da ATV telekanalında efirə gedəcək. “Maşın Hind Kinosu”nun iştirakçıları tam olaraq açıqlanmasa da, onlardan bir neçəsinin kimliyi bəlli olub.

Belə ki, “Maşın”ın 17-ci buraxılışında tamaşaçılar şairə Nazilə Səfərlini, müğənni Mina Hüseyni, aparıcı Firuzə Cəlilovanı (Fira) görə biləcəklər.

Bu, Mina və Nazilənin şouda ilk iştirakı olacaq. Fira isə artıq ikinci dəfə yarışmaya qatılacaq.

Qeyd edək ki, bundan əvvəl şouya qatılan iştirakçılardan əməkdar artist Rühəngiz Allahverdiyeva, aktyor Taleh Yüzbəyov, meyxanaçı Ələkbər Yasamallının adı mediada açıqlanmışdı.