Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Maşın”da gizli telefon işlədirlərmiş – Əllərindən alındı

05.03.2020 13:46

Bir neçə gün bundan əvvəl “Maşın” realiti şousunda daha bir qayda pozuntusu aşkarlanıb.

Об этом сообщает Руспрес

A24.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iştirakçıların əksəriyyəti qadağan olunduğu halda gizli şəkildə telefonlardan istifadə ediblər.

“M Group Production” əməkdaşları isə bununla bağlı tədbir görüb, ən azı 5 nəfərdən telefon aşkarlanaraq alınıb. Proqramın mətbuat xidməti məlumatı təkzib etsə də, şoudan gedən Ramil Nabran xəbəri təsdiqləyib.

O, bu gün “MTV Azərbaycan”da yayımlanan “3 canlı” proqramında qonaq olarkən belə bir hadisənin baş verdiyini qeyd edib:

“Sizə bunları kim deyib? Özümü elə hazırlamışdım ki, 18 gün telefonsuz dözə bilərəm.Elə olurdu ki, kimsə 2 telefon gətirirdi, birini təhvil verir, digərini gizlədərək işlədirdi. “MGP”nin gözündən heç nə qaçmaz, neçə ildir ki, televiziya sahəsində çalışırlar. Tədbir görüldü, telefonun biri soyuducunun altından, digəri televizorun arxasından çıxırdı”.