Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Medianın gündəmini zəbt edən bank bu dəfə hansı oldu? – ANALİZ

05.03.2020 13:47

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Об этом сообщает Руспрес

Saytımız Media Təqib Mərkəzinə istinadla banklarla bağlı iyul ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 4805 xəbər yerləşdirilib. Bunlardan 46 xəbər mənfi, 4759 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Amrahbank (31 xəbər – “Amrahbank” çöküş astanasındadır), Nikoil Bank (10 xəbər – “Nikoyl Bank”dan 45 milyon manat zərər). İyul ayında bu sektorla bağlı elektron mətbuatda müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1 Kapital Bank 609 xəbər
2 Azərbaycan Beynəlxalq Bankı 518 xəbər
3 PAŞA Bank 267 xəbər
4 Bank Respublika 265 xəbər
5 Unibank Kommersiya Bankı 220 xəbər
6 Access Bank 205 xəbər
7 Nikoil Bank 160 xəbər
8 AtaBank 149 xəbər
9 AGBank 145 xəbər
10 Rabitəbank 144 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 369 neytral xəbər dərc edilib. İyul ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi və müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Kapital Bank 117 xəbər
2 ABB Azərbaycan Beynəlxalq Bankı 103 xəbər
3 TuranBank 20 xəbər
4 PAŞA Bank 19 xəbər
5 Bank Standard 18 xəbər
6 NBC Bank 16 xəbər
7 AtaBank 10 xəbər
8 SW Bank 9 xəbər
9 Azərbaycan Sənaye Bankı 6 xəbər
10 DəmirBank 6 xəbər

İyul ayında televiziya kanallarında banklar haqqında 26 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Kapital Bank 17 xəbər
2 VTB Bank 4 xəbər
3 Unibank Kommersiya Bankı 1 xəbər
4 TuranBank 1 xəbər
5 Expressbank 1 xəbər
6 AtaBank 1 xəbər
7 MuğanBank 1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]