Medvedev: Suriyadakı hadisələrə görə bu ölkələr də məsuliyyət daşıyır
05.03.2020 13:47“Bu ölkədəki hadisələrə görə Suriya hökuməti və Rusiyanın deyil, ABŞ, İsrail, İran və Türkiyə daxil digər ölkələr də məsuliyyətlidir” deyib.
Об этом сообщает Руспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Suriyadakı münaqişənin maksimum qısa zamanda həll olunmasını istədiklərini bildirən Rusiyanın Baş Naziri Dmitri Medvedev deyib. Finlandiyalı həmkarı Juha Sipila ilə görüşdən sonra birgə mətbuat konfransında çıxış edən Rusiya Baş Naziri Dmitri Medvedev “Əlbəttə, Rusiya həqiqətən, Suriyada meydana gələn daxili münaqişənin maksimum qısa müddətdə aradan qaldırılmasına və Suriya torpaqlarında terrorçu məskənlərin varlığı və təzahürü ilə bağlı problemlərin də bir həll olunmasına maraq göstərir”, – deyə bildirib.
“Bu halda proseslərin məsuliyyətini Suriya hökuməti qədər, bir şəkildə bu münaqişənin həllində iştirak edən bir sıra ölkə də daşımalıdır. Bu təkcə Rusiyanın yox, ABŞ, İsrail, İran, Türkiyə və digər ölkələrin də məsuliyyətidir”, – deyə Medvedyev qeyd edib.
Orxan Aslanlı

