Mehman Hüseynovun anası vəfat etdi
05.03.2020 13:47Həbsdə olan video-bloqer Mehman Hüseynovun anası vəfat edib.
Об этом сообщает Руспрес
A24.Az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Hüseynovun anası 71 yaşlı Firəngiz Hüseynova bu gün dünyasını dəyişib. O, 3 həftə öncə intensiv ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Bir neçə gün əvvəl M.Hüseynovun anası ilə görüşməsi üçün müraciət edilsə də, Penitensiar Xidmət rəhbərliyi bloqerin davranışlarını əsas gətirərək buna icazə verməmişdi.

