Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mehriban Əliyeva aztəminatlı ailələr üçün qurban kəsdirdi

05.03.2020 13:47

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.
Heydər Əliyev Fondundan  verilən məlumata görə, layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Bu məqsədlə ətlik cins heyvanlar regionlardan gətirilərək xüsusi ət kəsimi müəssisələrində kəsilərək qablaşdırılıb. Qurban payları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan 51.157 ailənin hər birinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə paylanılır, sakinlər bayram münasibətilə təbrik edilir.
 Bayram sovqatlarının paylanılması avqustun 23-dək davam edəcək.
 

Об этом сообщает Футляр от виолончели