Meksika-ABŞ sərhədində 800 miqrant saxlanıldı
05.03.2020 13:47Təqribən 800 miqrant Meksika-ABŞ sərhədini qeyri-qanuni keçməyə cəhd göstərib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bunu Meksika Miqrasiya Milli İnstitutunun direktoru Tonatiu Gilyen “Formula” radiosuna müsahibəsində deyib.
Bildirilir ki, qanun pozucularını Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıblar.
“Televisa” telekanalının məlumatına görə, təxminən 400 nəfər Texas ştatının El-Paso şəhəri yaxınlığında ABŞ səlahiyyətlilərinə könüllü təslim olub.
Digərləri Meksikanın Tixuana şəhərində miqrantlar üçün yeni salınmış düşərgəyə göndərilib. Bəziləri evə dönməyə qərar verib.
Bundan əvvəl Meksika ABŞ-a keçmək istəyən miqrantların deportasiyasına başlayıb.

