Meksikada futbolçu hakimi öldürdü
05.03.2020 13:47Meksikada bir futbolçunun əsəbiləşərək hücum etdiyi hakim aparıldığı xəstəxanada həyatını itirib.
Об этом сообщает Руспрес
Həvəskar futbol liqasında Quadalaraca şəhərinin iki komandasının oyununu idarə edən hakim Joze Valdemar Hernandez Kapetillo verdiyi bir qərara görə futbolçunun hücumuna məruz qalıb.
Milton adlı futbolçu hakimin qırmızı kartından sonra əsəblərinə hakim ola bilməyib və onu vəhşicəsinə döyüb.
Hakim bir həftə komada qaldıqdan sonra vəfat edib. //oxu.az

