Məktəbli kitabçasında tarix səhvi – VİDEO
05.03.2020 13:47Bütün gündəliklərdə olduğu kimi “Turan evi” nəşriyyatı tərəfindən çap edilən gündəliklərdə də Azərbaycanın dövlət bayramı xüsusi ardıçıllıqla verilib.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, “Turan evi” nəşriyyatı tərəfindən çap edilən gündəliklərdə böyük səhvə yol verilib. Belə ki, Dövlət Müstəqilliyi Günü ilə Dövlət Bayrağı gününün tarixi səhv yazılıb. Məktəbli kitabçasında Dövlət Müstəqillik günü 9 noyabr, Dövlət Bayrağı Günü 18 oktyabr tarixində göstərilib.
Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyir ki, bu səhvə görə nəşriyyat məsuliyyət daşıyır, lakin bununla bağlı araşdırma aparılacaq.

