Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mərhuma Quranı pulla oxumaq günahdır?

05.03.2020 13:47

Quranı hər hansı bir şəkildə pulla oxumaq İslamda bəyənilməyən əməldir. Bu fikirləri “A24.Az”-a ilahiyyatçı Elşad Mahmudov deyib.

Об этом сообщает Руспрес

İlahiyyatçının sözlərinə görə, Quran heç bir şəkildə ticarət kitabı deyil.

“Lakin günah başqa, bəyənilməyən əməl başqa anlayışlardır. Mərhuma Quranı pulla oxumaq İslamda bəyənilməyən, xoşagəlməz bir əməldir”- deyə, Elşad Mahumudov əlavə edib.

Bəs, müsəlmanlara göndərilən hidayət rəhbəri ölülərə yoxsa dirilərə lazımdır? İlahiyyatçı bu suala da aydınlıq gətirib. Onun sözlərinə görə, elə Qurani Kərimin Yasin surəsində buyurulur ki, biz kitabı dirilər üçün göndərdik.

“Qurani Kərim Allah (c.c) kəlamıdır, ilahi vəchdir. Bu kitab göndərilib ki, diri insanlar oxuyub, ibarət götürüb Qurani Kərimin əmrlərini, qadağalarını həyatlarında tətbiq edib, kamilləşsinlər. Biz Qurandan Allahın (c.c) bizə bildirdiklərini öyrənməyə çalışırıq. Bu mənada ölünün Qurandan faydalanacağı bir şey yoxdur. İslamda, Qurani Kərimdə, Peyğəmbərimizin, səhabələrin həyatında ölüyə Quran oxumaq deyə bir hadisə yoxdur ”.

Elşad Mahmudov əlavə edib ki, İslam alimlərinin zəif qəbul etdiyi bir hədis var və orda Yasin surəsinin ölülərin üzərinə oxunmalı olduğu deyilir.

“Bu hədisə əməl olunmaz. Əməl edilsə, belə hədis, Yasinin ölülər üçün deyil, ölüm ayağında olan insanlar üçün oxunması kimi yozulur. Biz bu hədisə istinad edirik. Tövsiyyə edirik ki, Quranı ölülər üçün deyil, dirilər üçün oxusunlar. Bu islama, Allahın bizə göndərdiyi vəhyə daha uyğundur”- deyə, ilahiyyatçı vurğulayıb.

Nərmin Kərim