Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mərkəzi Bank yığışır: Devalvasiya olacaqmı?

05.03.2020 13:47

Sabah Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin növbəti iclası keçiriləcək.

Об этом сообщает Футляр от виолончели

İclasda uçot dərəcəsinin səviyyəsi müzakirə ediləcək.

İqtisadçı ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov A24.Az-a açıqlamasında bildirib ki, iclasda uçot dərəcəsinin aşağı salınacağı gözlənilir:

“Bu, çoxdan müzakirəsi tələb olunan bir mövzudur. Düşünürəm ki, bir qədər yumşaldıcı tədbirlərə əl atılmalıdır. Uçot dərəcəsinin aşağı salınmasına ehtiyac var.  Çünki iqtisadi layihələrin həyata keçirilməsi üçün kreditlər götürməlidir. Uçot dərəcəsi yüksək olarsa, kreditlərin ucuz olması mümkün deyil”.

Ekspert qeyd edib ki, uçot dərəcəinin aşağı salınması banklar tərəfindən verilən kreditlərin dəyərini aşağı salmağa yönəlmiş bir addımdır.