Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Messi Ronaldonun Çempionlar Liqasındakı iki rekordunu əlindən aldı

05.03.2020 13:48

İspaniyanın “Barselona” komandasının futbolçusu Lionel Messi Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turunda Hollandiyada PSV-ni 2:1 hesabı ilə məğlub etdikləri matçda yeni rekordlara imza atıb.

Об этом сообщает Роспрес

A24.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu 61-ci dəqiqədə hesabı açmaqla ÇL-in qrup mərhələsində ən çox qol vuran oyunçuya çevrilib. Qitənin ən nüfuzlu klub turnirində keçirdiyi 66-cı matçında 66-cı qolunu vuran Messi, bununla da İtaliya “Yuventus”unun portuqaliyalı forvardı Kriştiano Ronaldonu geridə qoyub.

Argentinalı ÇL-də bir klubun heyətində ən çox qol vuran futbolçu ünvanını da Ronaldodan alıb. Yarışda 106-cı qolunu vuran kapitan 105 qola malik portuqaliyalını geridə qoyub.