Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Metroda problem yarandı – Sərnişinlər qatardan boşaldıldı

05.03.2020 13:48

Bu gün səhər saatlarında “Bakı Metropoliteni”nin “Memar Əcəmi” stansiyasında “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində gedən qatarda problem yaranıb.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, hadisə saat 08:05-də baş verib:

“”Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın vaqonlarının birinin qapısında nasazlıq yaranıb. Bu səbəbdən maşinist təlimata uyğun olaraq sərnişinlərdən qatarın boşaldılmasını xahiş edib və qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə əlavə qatar buraxılıb. İntervalda gecikmə yaranmayıb”.