Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Meydandan qovulan futbolçu paltardəyişmə otağından geri çağırıldı

05.03.2020 13:48

Fransa Liqa 1-nin XVI turunda baş tutan “Bordo” – “Sent-Etyenn” qarşılaşması maraqlı hadisə ilə yadda qalıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, meydandan qovulan futbolçu üçün VAR sistemindən qeyri-adi şəkildə istifadə edilib.

Belə ki, matçın 75-ci dəqiqəsində “Bordo”nun futbolçusu Yunus Sankare qırmızı vərəqə alıb. Dərhal meydanı tərk edən və paltardəyişmə otağına yollanan 29 yaşlı yarımmüdafiəçi daha sonra geri çağırılıb. Baş hakim Klement Turpin epizodun videotəkrarına baxdıqdan sonra seneqallı oyunçuya verdiyi qırmızı vərəqəni ləğv edib və “sarı” ilə kifayətlənib.

Qeyd edək ki, oyun “Bordo”nun 3:2 hesablı qələbəsi ilə nəticələnib.