Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mikayıl Rzaquluzadə zirzəmidə Hüseyn Cavidi belə satmışdı: İZAHATIN MƏTNİ

05.03.2020 13:48

1937-38-ci illərdə, yəni repressiya dönəmində qorxudan, yaxdu məcbur edilərək silahdaşlarını satan 10-larla azərbaycanlı yazıçı, şair var.

Об этом сообщает Руспрес

A24.Az 1937-ci ildə Mikayıl Rzaquluzadənin DTK-nın zirzəmisində müəllimi Hüseyn Cavid haqqında verdiyi izahatı təqdim edir:

“H.Cavidlə 1926-cı ildən tanış olsam da, onunla 1933-cü ildən yaxınlıq etmişəm. H.Cavidlə yaxınlıq etdiyim gündən onu bir əksinqilabi, burjua-millətçi kimi tanımışam. O ədəbi yaradıcılığını Türkiyəyə tərəf yönəltdiyini bildirmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulanda H.Cavid yazıçı, şair və dramaturq kimi yazılarında sovet həqiqətlərini düzgün əks etdirmir, əsərlərini bir əksinqilabi, millətçilik ruhunda qələmə alaraq, sovet mövzusunun əksinə yönəldirdi. O, “Peyğəmbər”, “İblis”, “Siyavuş”, “Topal Teymur” və s. kimi əsərlərini panislamizm, pantürkizm şəkildə yazmış, Osmanlı ideologiyasını həmişə tərifləmişdi. Onun bu əsərlərini Türkiyə mətbuatı xüsusi diqqət mərkəzində saxlayırdı.

H.Cavid “İblis” əsərində Türk ordusunu tərifləyib. H.Cavidi xırda burjua şairi adlandıranda əsəbiləşər və deyərdi ki, o görkəmli burjua şairidir. Yazıçılar İttifaqı və başqa təşkilatlar ondan tələb edirdilər ki, sovet dövründən yazsın.

Lakin o etiraz edərək, böhtancasına təsdiq etməyə çalışırdı ki, guya sovet ölkəsində daimi qəhrəman yoxdur, onlar hər an dəyişirlər. H.Cavidə öz bədii yaradıcılığında dəyişiklik etmək məsləhət bilinsə də o əksinqilabi, millətçi baxışları ilə “mən çəkməçi deyiləm və sifariş qəbul etmirəm”-deyərək, sovet mövzusunda əsərlər yazmaqdan imtina edirdi. H.Cavid mənimlə hər söhbət edəndə ÜİK(b)P və Sovet dövlətinə qarşı böhtanlar atar, Azərbaycan ədəbiyyatına və onun yaradıcılarına “rusifikasiya” siyasəti apardığını qeyd edirdi.”

Bu dindirmədən 17 il sonra, 20 fevral 1955-ci ildə təhlükəsizlik mayoru Abdullayevə ifadə verən M.Rzaquliyev müstəntiqin H.Cavidlə əlaqəsi haqqında sualına cavabı gözlənilən idi.

Məlum olur ki, o, Azərbaycan ədəbiyyatının tanınmış və şöhrətli şairi H.Cavidi 1926-cı ildən tanıyır, lakin onunla heç bir əlaqəsi olmayıb. Etiraf edir ki, o, bir şair kimi çox güclü olub. H.Cavid “Şeyx Sənan”, “Siyavuş”, “Dəli Knyaz” və başqa əsərlər yaratmışdır. O, ən çox yadda qalan əsərlərini Sovet dövründə yazdığını bildirir.

H.Cavidin siyasi görüşlərinə münasibətini bildirən M.Rzaquliyev fikrini belə izah etməyə çalışır ki, o, şair olmaqla inqilabdan öncə fəhlələrin həyatından əsərlər yazmışdır. Şairin fəhlə sinfinə xüsusi rəğbəti var idi. Lakin heç bir siyasi partiyanın üzvü olmadığını da xatırladaraq qeyd edirdi ki, “incəsənət incəsənətə məxsus olmalıdır” (sənət sənət üçündür. – red.) fikirlər H.Cavidin devizi olmuşdu. Müstəntiq 1938-ci ildə M.Rzaquliyev tərəfindən verilmiş cavablara münasibətini bilmək istəyəndə məlum olur ki, onun nə dediyi yadında deyil. Ona H.Cavidin əksinqilabi, millətçi fəaliyyəti haqqında heç nə məlum olmadığını, ümumiyyətlə, ifadələrin müstəntiq tərəfindən dəyişdirildiyini iddia edirdi.