Millətlər Liqasında günün oyunları
05.03.2020 13:48Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar olacaq.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın məlumatına görə, 5 qrupda ümumilikdə 9 qarşılaşma keçiriləcək. A Liqasının 1-ci qrupunda səfərdə Almaniyanın qonağı olacaq Hollandiya seçməsi pley-offa yüksəlmək üçün rəqibinə uduzmamalıdır.
B Liqasının 1-ci qrupunda Çexiya – Slovakiya oyunu qrup sonuncusunu müəyyənləşdirmək baxımından önəmli olacaq. Həmin liqanın 4-cü qrupunda Danimarka – İrlandiya və D liqasının 1-ci qrupunda Andorra – Latviya və Gürcüstan – Qazaxıstan matçları isə formal xarakter daşıyır.
C liqasında da final mərhələsinə vəsiqənin sahibi məhz bu tur müəyyənləşəcək. Eyni xala (10) malik Norveç səfərdə Kipr, “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan isə evdə Sloveniya ilə ü-üzə gələcək.
D liqasının 4-cü qrupunda isə Makedoniya Cəbəllütariqi, Lixtenşteyn isə Ermənistanı qəbul edəcək. 12 xalla qrupda lider olan makedoniyalılara pley-offa çıxmaq üçün 1 xal da kifayət edəcək.
Millətlər Liqası
VI tur
19 noyabr
A Liqası
1-ci qrup
23:45. Almaniya – Hollandiya
| 1. | Fransa | 4 | 2 | 1 | 1 | 4:4 | 7 |
| 2. | Hollandiya | 3 | 2 | 0 | 1 | 6:2 | 6 |
| 3. | Almaniya | 3 | 0 | 1 | 2 | 1:5 | 1 |
B Liqası
1-ci qrup
23:45. Çexiya – Slovakiya
| 1. | Ukrayna | 4 | 3 | 0 | 1 | 5:5 | 9 |
| 2. | Çexiya | 3 | 1 | 0 | 2 | 3:4 | 3 |
| 3. | Slovakiya | 3 | 1 | 0 | 2 | 5:4 | 3 |
4-cü qrup
23:45. Danimarka – İrlandiya
| 1. | Uels | 3 | 2 | 0 | 1 | 5:3 | 6 |
| 2. | Danimarka | 2 | 1 | 1 | 0 | 2:0 | 4 |
| 3. | İrlandiya | 3 | 0 | 1 | 2 | 1:5 | 1 |
C Liqası
3-cü qrup
23:45. Bolqarıstan – Sloveniya
23:45. Kipr – Norveç
| 1. | Norveç | 5 | 3 | 1 | 1 | 5:2 | 10 |
| 2. | Bolqarıstan | 5 | 3 | 1 | 1 | 6:4 | 10 |
| 3. | Kipr | 5 | 1 | 2 | 2 | 5:7 | 5 |
| 4. | Sloveniya | 5 | 0 | 2 | 3 | 4:7 | 2 |
D Liqası
4-cü qrup
23:45. Makedoniya – Cəbəllütariq
23:45. Lixtenşteyn – Ermənistan
| 1. | Makedoniya | 5 | 4 | 0 | 1 | 10:5 | 12 |
| 2. | Ermənistan | 5 | 3 | 0 | 2 | 12:6 | 9 |
| 3. | Cəbəllütariq | 5 | 2 | 0 | 3 | 5:11 | 6 |
| 4. | Lixtenşteyn | 5 | 1 | 0 | 4 | 5:10 | 3 |

