Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Millət vəkili məhkəmə qərarına etiraz etdi: “İslamda yoxdur!” kitabının qadağan edilməsi dövlətin…”

05.03.2020 13:48

Ötən gün keçirilən məhkəmə prosesindən sonra ilahiyyatçı Elşad Mirinin “İslamda yoxdur!” kitabı məhkəmə qərarı ilə də qadağan olunub.

Об этом сообщает Роспрес

Saytımız bildirir ki, bu barədə ilahiyyatçı şəxsi feysbuk səhifəsində paylaşım edib.

Tanınmış millət vəkili Fazil Mustafa “İslamda Yoxdur!” kitabı ilə bağlı verilən qərara etiraz edib və fikirlərini aşağıdakı şəkildə bildirib:

“Elşad Mirinin “İslamda yoxdur!” kitabının məhkəmə qərarı ilə qadağan edilməsi Azərbaycan Respublikası Konstitusiyasına ziddir və dövlətin cəhalətin, xurafatın qarşısında geri çəkilməsi kimi anlaşıla bilər. Bəli, İslamda siğə yoxdur, İslamda seyidlik yoxdur, İslamda özünə fiziki əzab vermə mərasimləri yoxdur, indiyədək yaşatdığımız bir çox axmaq, səfeh adətlərin heç biri İslamda yoxdur. Bunu yazanda nə olacaq? Beş-on nəfər qaragüruhçu qalxıb deyəcək ki, “bəs indiyədək yaşamışıq, qoyun olduğu kimi dinimizi İslam adı ilə yaşayaq. Yoxsa dövlətdən inciyərik”… Bir azdan Cəlil Məmmədquluzadənin “Ölülər”i də, Seyyid Əzimin, Sabirin şeirləri də bu cür qərarlarla dərsliklərdən çıxarılacaq ki, bəs onlar da xalqımızın tarix boyu yaşadığı “din”i ələ salıblar. Əksinə, dövlətimiz maraqlı olmalıdır ki, İslam dininin cəhalət, xurafat, yobazlıq, qatillik formatları ortadan qalxsın, bu uydurulmuş İslam, modern dünyəvi dövlət modelimiz üçün təhlükəyə çevrilməsin. Bunun üçün isə dövlət sağlam dini maarifçiliyi ehtiva edən kitabları nəşr etməyi, televiziya proqramlarını hazırlamağı, məqalələrin yazılmasını stimullaşdırmalıdır. Bu qərar az-çox maarifçilik fəaliyyəti ilə məşğul olan yaradıcı insanlların da əl-qolunu bağlayacaq və ölkəmizdə cəhalətin, xurafatın, başqa ölkələrin dini ideologiyasının yayılmasına daha çox imkan yaradacaqdır”.