Millilərimizdən Şahmat Olimpiadasında növbəti qələbələr
05.03.2020 13:48Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının III turu keçirilib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bu turda Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Sloveniya komandası ilə qarşılaşıb və qalib gəlib.
Şəhriyar Məmmədyarov qara fiqurlarla heç-heçə edib, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli qalib gəlib.
Qadın şahmatçılarımız isə İngiltərə komandası ilə yarışıblar. Zərif şahmatçılarımız da rəqibindən üstün olub – 3:1.
Xatırladaq ki, Azərbaycanın kişi şahmatçılardan ibarət yığması II turda İtaliya komandasına 3:1 hesabı ilə qalib gəlib, qadın şahmatçılarımız isə belçikalı rəqiblərini 4:0 hesabı ilə məğlub ediblər.

