Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Millimiz bu gün ilk oyuna çıxır

05.03.2020 13:48

Bu gün UEFA Millətlər Liqasında IV tura start veriləcək.
A24.Az-ın məlumatına görə, D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz də növbəti oyununa çıxacaq. Ötən tur səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub edərək, 2-ci pilləyə yüksələn Qurban Qurbanovun komandası bu dəfə doğma meydanda Malta seçməsini qəbul edəcək. Yığmamız keçən ay səfərdə heç-heçə (1:1) oynadığı rəqibini evdə məğlub edib, ən azından mövqeyini qorumağa çalışacaq.

Qrupun digər oyununda isə Kosovo səfərdə Farer adalarının qonağı olacaq. Qonaqlar xal itirəcəyi təqdirdə millimiz Maltanı udub, liderliyə də yüksələ bilər.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.


Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

14 oktyabr

Об этом сообщает Руспрес

20:00. Azərbaycan – Malta
Hakimlər:
 İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki
Bakı Olimpiya Stadionu


20:00. Farer adaları – Kosovo



1. Kosovo 3 2 1 0 5:1 7
2. Azərbaycan 3 1 2 0 4:1 5
3. Farer adaları 3 1 0 2 3:6 3
4. Malta 3 0 1 2 3:7 1