Millimiz tarixdə ən vacib qarşılaşmasına çıxır
05.03.2020 13:48Bu gün Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Об этом сообщает Руспрес
Qol.az xəbər verir ki, D liqasında mübarizə aparan milli komandasmız da son oyununa çıxacaq.
Qurban Qurbanovun komandası səfərdə Kosovo ilə üz-üzə gələcək. Bunadək keçirdiyi 5 görüşdə məğlub olmayan yığmaların dueli maraqla gözlənilir. Qrupda 2-ci pillədə qərarlaşan komandamız pley-off-a yüksəlmək üçün mütləq liderə qalib gəlməlidir.
Priştinada əldə edilən istənilən hesablı qələbə yığmamızı Avro-2020-nin final mərhələsinə bir addım yaxınlaşdıracaq. Çünki Avropa çempionatına seçmə mərhələ vasitəsilə vəsiqə qazana bilməyən, lakin Millətlər Liqasında yüksək yer tutan komandalar 2020-ci ilin martında son 4 vəsiqə uğrunda mübarizə aparacaq.
23:45. Kosovo – Azərbaycan
Baş hakim: Benua Millot (Fransa)
Priştina. Fadil Vokrri stadionu

