Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Millinin qapıları Benzemanın üzünə birdəfəlik bağlandı

05.03.2020 13:48

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qraye “Real”ın hücumçusu Kərim Benzemanın bir daha milli komandada çıxış etməyəcəyini deyib.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, yerli mətbuata danışan federasiya preizdenti 2015-ci ildən milliyə dəvət almayan Benzemanın şansının olmadığını bildirib: “Benzemanın artıq millidə oynamaq üçün şansı qalmayıb. Uzun müddətdir ki, millidə yer almır. Həm də əvvəlki formasından çox uzaqdır”.

Prezident Benzema ilə Matye Valbuena arasında seks qalmaqlına münasibət bildirib: “Onlar arasında şantaj davası 3-4 ildir davam edir. Qərar çoxdan verilməli idi. Bu vəziyyət də Benzemanın işini çətinləşdirir”.

Qeyd edək ki, Benzema “Fənərbaxça”da çıxış edən Matye Valbuenanın intim videolarını yaymaqla şantaj etməkdə təqsirləndirilib. Bu səbəbdən də millinin baş məşqçisi Didye Deşam Əlcəzair əsilli hücumçuya yığmanın qapılarını bağlayıb. Bu addımına görə Deşam hətta irqçilikdə günahlandırılmışdı.