Milyarderlərin sayı haqqında ŞOK açıqlama
05.03.2020 13:482017-ci ildə dünyada milyarderlərin sayı 199 nəfər artıb.
Об этом сообщает Руспрес
“Report”un verdiyi xəbərə görə, bu barədə “UBS Group AG” holdinqinin hesabatında qeyd olunub.
Məlumata əsasən, dünyada milyarderlərin sərvəti il ərzində 19% artaraq 8,9 trln. ABŞ dollarına çatıb.
Yeni milyarderlərin 1/3-i sərvətlərini innovasiyalar sahəsində qazanıb. Həmçinin onların əksəriyyəti bizneslərinin Asiya-Sakit Okean regionunda genişlənməsi ilə varlanıblar.
199 yeni milyarderdən 55-i Çində qeydə alınıb. Onların sərvəti 1,12 trln. dollar dəyərləndirilir. Hesabata əsasən, hazırda Asiyada milyarderlər ABŞ-dan daha çoxdur.
Məlumatda qeyd olunur ki, 2016-cı ildən etibarən Çində kapitalı 1 mlrd. dolları keçən 50 şirkət, ABŞ-da isə bu müddətdə 62 belə şirkət yaradılıb.

