Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mollalardan inanılmaz addım: nəzir pulunu toplayıb Leninə heykəl qoydular – VİDEO

05.03.2020 13:49

Tacikistanda mollalar məsciddə toplanmış nəzir pullarını Leninin heykəlinin düzəldilməsinə istifadə ediblər.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, Şaruz şəhərində Leninin heykəli iki il öncə naməlum şəxslər tərəfindən aşırılıb.

Şəhər bələdiyyəsinin nümayəndəsi Mehriniso Rajabova bildirib ki, heykəlin restavrasiya edilməsi təklifi mollalardan gəlib.

“Mollalar topladıqları pullarla heykəli düzəltdilər, həmçinin, heykəlin qoyulduğu parkı da səliqəyə saldılar”, – deyə bələdiyyə nümayəndəsi bildirib.

Adının açıqlanmadığı mollalardan biri heykəlin restavrasiya edilməsi üçün hər məsciddən 100 dollar topladıqlarını açıqlayıb.

Mollaların müsəlmanların ianələri ilə ateizmi təbliğ edən Leninə heykəl qoyması birmənalı qarşılanmayıb.