Morqda dünyasını dəyişən xəstənin gözləri oğurlandı – VİDEODA
05.03.2020 13:49Misirdə qardaşının nəşini almaq üçün morqa gedən yaxını onun gözlərinin çıxarıldığını görüb.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, ölən şəxsin yaxını paytaxt Qahirədə yerləşən El-kasr El-ayni Xəstəxanasını qardaşının gözlərini oğurlamaqda günahlandırıb.
Abduttavab adlı misirli “Xəstəxana qardaşımın öldüyünü səhər saatlarında xəbər verdi. Morqa girdiyimiz və qardaşımın cəsədini aldığımız zaman onun oğurlanan gözlərinin yerindən qanın axdığını gördüm” ifadələrini işlədib.
Xəstəxana işçilərinin baş verən hadisənin necə gerçəkləşdiyi ilə bağlı məlumatsız olduqlarını söyləyən ölən xəstənin yaxını “Xəstəxanadakı tibb bacıları morqa gətiriləndə ölən qardaşımın bütün orqanlarının hamısının yerində olduğunu, lakin bunun necə baş verdiyini bilmədiklərini deyib”, – deyə qeyd edib.
Bundan başqa, Abduttavab xəstəxananın qardaşı haqda verdiyi hesabatda onun gözlərinin oğurlanması ilə bağlı heç bir şeyin yazılmadığını bildirib.
Saytımız görüntüləri təqdim edir:

