Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Moskva-Bakı mikroavtobusu qəzaya uğrayıb, 8 azərbaycanlı xəsarət alıb

05.03.2020 13:49

Rusiyanın Stavropol diyarı ərazisində 3 avtomobil toqquşub.

Об этом сообщает Футляр от виолончели

Saytımızın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza bu gün səhər saatlarında Qafqaz federal magistralının hava limanına dönən istiqamətində baş verib.

Moskva-Bakı marşrutu üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobus “Ford”  və “VAZ 2110” markalı minik avtomobilləri ilə toqquşub. Hadisə zamanı mikroavtobusda 11 nəfər, “Ford”da 3 nəfər, “VAZ 2110” markalı avtomobildə isə 2 nəfər olub. Nəticədə 13 nəfər xəsarət alıb. Onlardan 8-i Azərbaycan vətəndaşıdır. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Bir qadının vəziyyəti ağır, digərlərinin isə stabildir.

Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

APA