Mübariz İbrahimovun anası dünyasını dəyişdi? – YENİLƏNİB
05.03.2020 13:49Bir neçə dəqiqə əvvəl facebook sosial şəbəkəsində Milli Qəhrəman Mübariz İbrahimovun anasının dünyasını dəyişdiyi barədə məlumatlar yayılsa da, bu, təsdiqini tapmayıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az-da xəbər yayımlandıqdan sonra Milli Qəhramanın valideynlərinin yaşadığı Əliabad kəndinin icra nümayəndəsi Telman Əliyev redaksiyamızla əlaqə saxlayaraq xəbərin yalan olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda Şamama İbrahimovanın vəziyyəti normaldır:
“Məlumatın necə yayıldığı barədə heç nə deyə bilmərik. Hazırda Şamama xanım evlərindədir və səhhəti normaldır. Sağlamlığı ilə bağlı heç bir şikayəti yoxdur”.
Şəhid Mübariz İbrahimovun anası Şamama İbrahimova dünyasını dəyişib.
Saytımız xəbər verir ki, bu barədə facebookda məlumat yayılıb. Ş. İbrahimovanın bir neçə saat əvvəl dünyasını dəyişdiyi bildirilir.
Allah rəhmət eləsin.

