Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Naqatomonun ağciyəri zədələndi

05.03.2020 13:50

Çempionlar Liqasının III turunda evdə “Şalke” ilə matçda xəsarət alan Türkiyənin “Qalatsaray” klubunun futbolçusu Yuto Naqatomonun durumuna aydınlıq gəlib.

Об этом сообщает Руспрес

A24.Az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı cinah müdafiəçisinin sözügedən qarşılaşmada ağciyəri zədələnib.

Qarşılaşmanın 81-ci dəqiqəsində top güclü zərbədən sonra yaponiyalı oyunçunun sinəsinə dəyib və Naqatomo daha sonra xəstəxanaya aparılıb. Onun yerinə meydana Ömər Bayram daxil olub.

Təcrübəli futbolçunun bir neçə gün xəstəxanada qalacağı açıqlanıb.

Qeyd edək ki, “Qalatasaray” – “Şalke” matçı 0:0 hesabı ilə başa çatıb.