Nazarbayevə bu vəzifə ömürlük verildi – QƏRAR
05.03.2020 13:50Qazaxıstanın rəsmi qəzeti “Kazakistanskaya Pravda”da nəşr olunan məlumata görə, yeni qanuna əsasən ölkənin ilk prezidenti Nursultan Nazarbeyev ömür boyu Qazaxıstan Təhlükəsizlik Şurasına sədrlik edəcək.
Об этом сообщает Футляр от виолончели
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Şurada ölkənin təhlükəsizliyini və sabitliyini təmin etmə, konstitusiya quruluşunu, müstəqilliyini, ərazi bütövlüyünü və maraqlarını qorumağa yönələn dövlət siyasətlərini koordinasiya edəcək konstitusion bir qurum statusu verilib. Qazaxıstan Ədliyyə Naziri Marat Beketayev, Nazarbayevə tanınan bu hüququn konstitusiyada həyata keçirilən islahat çərçivəsində olduğunu və bu addımın ölkənin sabitliyini gücləndirəcəyini söyləyib. Xatırladaq ki, layihə daha əvvəl Qazaxıstan Konstitusiya Şurası və Qazaxıstan Parlamentindən keçib. Nazarbayev də ötən həftə qərarı imzalayıb.
Orxan Aslanlı // A24.Az

