Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nazir Sumqayıtda işləyən komandirə yüksək vəzifə verdi

05.03.2020 13:51

Daxili işlər naziri Ramil Usubov Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinə yeni rəis təyin edib.

Об этом сообщает Футляр от виолончели

Saytımız “avtosfer.az”a istinadən xəbər verir ki, Ramil Usubovun müvafiq əmrinə əsasən polis mayoru Mərdan Əliyev Binəqədi Rayon DYP Şöbəsinə rəis təyin olunub. Sözügedən məlumatı Binəqədi Rayon DYP-dən təsdiqləyiblər.

Qeyd edək ki, Mərdan Əliyev bundan öncə Sumqayıt Şəhər YPX-nin komandiri olub. Daha əvvəl isə Bakı şəhər DYPİ-də tağım komandiri, Səbail rayon DYPŞ-də inzibati təcrübə üzrə baş inspektor işləyib. Mərdan Əliyev DYP sistemində nümunəvi xidmətlərinə görə fərqlənən əməkdaşlardan biri kimi tanınır.