Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nazirlik Bakıda ağac kəsilməsi ilə bağlı yayılan videoya münasibət

05.03.2020 13:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Xudu Məmmədov küçəsi 25, 27, 29 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət və ağac kəsintisini əks etdirən video daxil olub.

Nazirlikdən A24.Az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən şikayət yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı ağac kəsintisi faktı aşkar edilməyib.

Об этом сообщает Руспрес

Araşdırma zamanı məlum olub ki, videoda əks olunan kadrlar 2017-ci ildə həmin ünvanda çəkilib.

Qeyd edək ki, 2017-ci ilin fevral ayında Nazirliyin əməkdaşları tərəfindən Xətai rayonu, Xudu Məmmədov küçəsi 25, 27, 29 ünvanında 4 ağacın kəsildiyi faktı aşkar olunub. Araşdırma zamanı ağacların “Green servis” MMC tərəfindən kəsildiyi məlum olmuş və barəsində akt tərtib edilmişdi. MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Xətai Rayon Məhkəməsinə göndərilib. Əraziyə sakinlərin iştirakı ilə ağaclar əkilmiş və onlara aqrotexniki qulluq göstərilməsi üçün Xətai rayon Mənzil İstismar Sahəsinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdi. Hazırda ərazidəki ağaclar bioloji inkişafdadır və onlara aqrotexniki qulluq göstərilir.