Nazirlik bu restoranları bağlayacaq – SİYAHI
05.03.2020 13:51Azərbaycanda müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, eyni zamanda, atmosferə atılan tullantılara görə 17 restoran bağlanır.
Об этом сообщает Руспрес
Bu barədə A24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür:
Həmin restoranlar aşağıdakılardır:
Bakıda “Arzu”, “Mega Palace”, “Gilavar”, “Kəndimiz”, “Şahzadə” və “Çanaqqala”, Sumqayıtda isə “Qubadlı”, “Dan Ulduzu”, “Tural”, “Sumqayıt”, “Qərb sarayı”, “Dədə Qorqud”, “Ülvi”, “Love Palace”, “Green house”, “Savalan” və “Səmayə”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarımadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb, iki restoran bağlanıb.

