Nazirlik iki restoranı bağladı
05.03.2020 13:51Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarımadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb.
Об этом сообщает Руспрес
A24.Az-ın xəbərinə görə, bunu nazirliyin mətbuat xidmətindən bildiriblər
Onun sözlərinə görə, iki restoran bağlanıb:
“Nazirlik tərəfindən restoranlara verilən vaxtdan bu günə qədər 223 iaşə obyektdə müasir standartlara cavab verən qurğu quraşdırılıb. “Öz Kardeşlər” və “Qızıl balıq” adlı iaşə obyektləri məhkəmənin qərarı ilə bağlanıb”.
İradə İbrahimova qeyd edib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür.

