Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nazirlik Xəzərdəki burulğanın görüntüləri ilə bağlı açıqlama verdi – VİDEO

05.03.2020 13:51

“Xəzər dənizinin Azərbaycan hissəsində bu günə kimi tornado müşahidə olunmayıb”.

Об этом сообщает Руспрес

Saytımız “Report”a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənov deyib.

Onun sözlərinə görə, bu təbii fəlakət Xəzərin Azərbaycan hissəsi üçün xarakterik deyil: “Ona görə xarakterik deyil deyirik ki, bu günə kimi müşahidə olunmayıb”.

“Sosial şəbəkələrdə yayılan videonun Xəzər dənizində olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparılmalıdır” – deyə, direktor bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə azərbaycanlı tərəfindən çəkilmiş, tornadonun əks olunduğu video yayılıb. Sosial şəbəkə istifadəçiləri isə bu videonun Xəzər dənizinin Azərbaycan hissəsində çəkildiyini iddia edirlər.