Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nazirliyin işçisi meşədə basdırıldı – Samuxda baş verən dəhşətli qətlin təfərüratları – YENİLƏNİB

05.03.2020 13:51

Samux rayonunda kişinin həyat yoldaşını qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.

Об этом сообщает Руспрес

Samux şəhər bələdiyyəsinin sədri  Xətaim Cəfərovun A24.az-a verdiyi məlumata görə, qətl hadisəsi bir neçə ay bundan əvvəl baş verib. Belə ki,  spirtli içki aludəçisi olan Kolayar kənd sakini 1981-ci il təvəllüdlü Ağamir Tofiq oğlu Səmədov  içkili halda evə gəlib. O, həyat yoldaşı 1983-cü il təvəllüdlü Ləman Səmədovanı əvvəlcə döyərək ağır xəsarətlər yetirib. Daha sonra bıçaqlayaraq öldürüb. Qadının cəsədini isə rayonun Qırmızı Samux kənd ərazisindəki meşə zolağına apararaq orada basdırıb.

X.Cəfərov bildirib ki, onlar gənc ailə olub. L.Səmədova Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı olub: “İki uşaqları var idi. İkinci uşağı hələ körpədir. Hadisə baş verməmişdən bir neçə ay öncə dünyaya gəlib. Çox da ağıllı, savadlı, namuslu qadın idi. Həmin idarədə çalışırdı. Kişi sadəcə içkili olub və onu öldürüb”.

Bələdiyyə sədri qeyd edib ki, A.Səmədov balıqçı olub: “O, balıq vətəgəsində fəhlə işləyirdi. Amma bütün günü içkili olurdu. Ayıq vəziyyəti yox idi”.

Samux rayon sakini arvadını qətlə yetirərək meşədə basdırıb.

“Report”un Qərb bürosu xəbər verir ki, rayon sakini Ağamir Səmədov ailə münaqişəsi zəminində arvadı Ləman Səmədovanı döyərək qətlə yetirib.

Daha sonra onun meyitini “VAZ-21011” markalı avtomobillə rayonun Qırmızı Samux kəndinin meşə zolağına apararaq orada basdırıb.

Hadisədən bir neçə gün sonra A.Səmədov L.Səmədovanın bacısı Azadil Qəhrəmanovaya aralarında problem olduğu üçün Ləmanın evdən qaçdığını bildirib.

A.Qəhrəmanova Samux Rayon Polis Şöbəsinə ərizə ilə mürəciət edərək bacısının ailə münaqişəsi zəminində evdən qaçaraq geri qayıtmadığı barədə məlumat verib.

Dərhal polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan əməliyyat-axtarışlar tədbirlərinin nəticəsində Ləman Səmədovanın qətlə yetirilməsi məlum olub. Ağamir Səmədov şübhəli şəxs qismində saxlanılaraq instintaqa cəlb edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.