Necə günəşlənək ki, bədənimiz sağlam qaralsın?
05.03.2020 13:51Yay gələndə dəniz, qum və günəş insanların vazkeçilməzlərindən birinə çevrilir. Hələ günəş şüalarının altında qaralmağı demirik. Əlbəttə, günəş şüalarını qəbul etmək faydalı olduğu kimi mənfi təsirləri də mütləq vardır.
Об этом сообщает Футляр от виолончели
Saytımız yayda günəşlənərkən sağlamlığınızı qorumağın yollarını təqdim edir:
Günəşin altında uzun müddət dayanmayın
Günəşın altında saatlarla uzanıb qalanda dərinizdə qızartı, yanıq və sulu qabarcıqlar meydana gələ bilər. Günorta saatlarında, yəni günəşin şüaları düz başınızın üzərinə düşəndə günəşlənməyiniz məsləhətli deyil.
Günəş kremindən istifadə…
Günəşin zərərli şüalarından qorunub qaralmaq istəyirsinizsə, dəri növünə uyğun günəş kremlərindən istifadə etməlisiniz. Xüsusilə də ağ dərili insanlar yüksək qoruyucu kremlər sürtməlidir. Dərini qoruyan özəlliklər arasında UVA və UVB-yə qarşı təsirli olanlara üstünlük verin.
Gün eynəyi və papaq taxın
Günəşdən qorunmaq üçün geyiminizə də diqqət etməlisiniz. Mümkün olduğu qədər açıq rəngli paltarlar və günəş şüalarının qarşısını alan eynək və papaqdan istifadə etməyinizi məsləhət bilirik. Bu mövzuda ən əsas məqam seçəcəyiniz gün eynəyi çox keyfiyyətli olmalıdır.
Dərinizi nəm saxlayın
Yay aylarında günəş dərinizin qışla müqayisədə daha quru olmasına səbəb olur. Quruyan dərinizi canlandırmaq üçün həftədə 1 və ya 2 dəfə nəmləndirici maskalardan istifadə etmək faydalıdır. Sağlamlığınızın və dərinizin nəm olması üçün bol-bol su için. Su dərinizin nəmliyini tarazlamaqda kömək edir. Odur ki, min bir əziyyətlə qaralan dərinizdə rəngin qalıcı olması üçün dərinizi nəm saxlamlısınız. Çünki quruyan dəri kəpəklənib pul-pul töküləcək və dəri rənginizin açılmasına səbəb olacaq.
Dərini nəmləndirmək üçün təklif edilən üsullardan biri də yedikləriniz və içdiklərinizdir. Yay aylarında rahat şəkildə yeyə biləcəyiniz Hindistan fısdığı, avokado və zeytun yağı kimi qidalar cildinizin təbii yolla nəmlənməsinə kömək edəcək. Lakin kafein və spirtli içkilər isə dərinizi daha da qurudacaq.
Günəşləndikdən sonra…
Günəşləndikdən sonra mütləq ilıq duş qəbul edin. Suyun çox isti və ya çox soyuq olmasına diqqət edin. Çünki suyun altında bədəninizin temperaturunu tənzimləyəcəksiniz.
Hər kəsə xoş istirahətlər diləyi ilə…

