Neftçalada motosiklet piyadanı vurdu: 2 nəfər xəsarət aldı
05.03.2020 13:51Neftçala rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Руспрес
A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.
Rayonun 1989-cu il təvəllüdlü Xəzərkənd kənd sakini Quliyev Çingiz Rahim oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən 1997-ci il təvəllüdlü Xolqarabucaq kənd sakini Abdullayev Fəxrəddin Rövşən oğlunu vurub. Nəticədə sürücü və piyada müxtəlif dərəcəli xəsarətlər alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

