Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Neftçi” “Qarabağ”la oyunun hazırlığına start verib

05.03.2020 13:51

 “Neftçi” Azərbaycan Premyer Liqasının III turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığına start verib.

Об этом сообщает Руспрес

Ötən tur “Qəbələ” ilə matçdan (2:1) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edib.

Hazırlıq prosesində Ruslan Abışov və ayağında yüngül ağrılar hiss edən Soni Mustivar iştirak etməyib. Müalicəsini başa vuran Rəşad Eyubov və “Qəbələ” ilə oyundan sonra yüngül zədəsi olan Məhəmməd Mirzəbəyov isə komandadan ayrı məşq ediblər. Hazırlıq prosesi sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, avqustun 26-da “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:30-da başlayacaq. “Ağ-qaralar” 2 turdan sonra 6 xalla vahid liderdir.