“Neftçi”nin məşqçiləri Milli komandaya dəvət olunub
05.03.2020 13:51“Neftçi” futbol klubunun əvəzedici komandasının məşqçisi Aleksandr Qross və U-17 yığmasının baş məşqçisi Arslan Quliyev Azərbaycan millisinə dəvət olunublar.
Об этом сообщает Руспрес
A24.Az Azərtac-a istinadən xəbər verir ki, milli komandalarda çalışmaları üçün hər iki mütəxəssisin “Neftçi” ilə müqaviləsinə xitam verilib.
Klub rəhbərliyi Aleksandr Qrossa və Arslan Quliyevə klubdakı xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

