Neftin qiyməti düşür: əhalinin gəlirləri azalacaq – DEPUTAT
05.03.2020 13:51“Dünyada neftin qiymətini birjalar müəyyən etsə də, amma son zamanlar bu məsələ geosiyasi proseslərdən asılı vəziyyətə düşür”.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın məlumatına görə, bu fikirləri “ölkə.az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib.
Deputat deyib ki, son vaxtlar neftin qiyməti məsələsi dünyada gedən siyasətin qurbanına çevrilib:
“Fikir versəniz görərsiniz ki, bu günlərdə ABŞ prezidenti Donald Tramp dünyada neftin qiymətini aşağı saldığını açıq şəkildə etiraf edir. Bildirir ki, neftin qiymətini aşağı saldığım üçün siz mənə minnətdar olun. Yəni, Tramp Səudiyyə Ərəbistanı ilə danışdıqdan sonra dünyada neftin qiyməti aşağı düşməyə başladı. Neftin ixracını artırdılar və bununla qiyməti aşağı saldılar. Artıq istənilən vaxt istənilən addımı ata bilirlər. Burada problem odur ki, biz gələn ilin Dövlət Büdcəsində neftin qiymətini 60 dollardan götürmüşük. Amma bunun büdcəyə təsiri yoxdur. Çünki “Büdcə sistemi haqqında” qanuna dəyişiklik etmişik. Bu dəyişikliyə əsasən, vəsait olmayanda digər fondlardan ora əlavələr edilir”.
V.Əhmədov qeyd edib ki, dünyada neftin qiymətinin aşağı düşməsi əhalinin ümumi gəlirlərinə mənfi təsir edəcək amildir: “Dünyada neftin qiyməti nə qədər yüksək olarsa, bizim üçün bir o qədər yaxşıdır”. Deputat ayrı-ayrı keçmiş məmurların Dövlət Büdcəsindən oğurlayaraq Azərbaycandan xaricə çıxartdığı vəsaitləri ölkəyə qaytarmaqla bağlı təkliflərinə də münasibət bildirib: V.Əhmədov indiki halda bunun qeyri-mümkün məsələ olduğunu söyləyib: “Bu cür təkliflər səsləndirən şəxslər real vəziyyəti təhlil edə bilmirlər. Əgər həmin pulları almaq lazım olsaydı, gedib gətirərdirlər də! Bəzən deyirlər ki, Azərbaycan Cahangir Hacıyevin həyat yoldaşının vəsaitlərini geri alsın və sairə. Bilirsiniz, İngiltərənin öz qanunları var”.

