Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Netanyahu afrikalı miqrantları ölkədən qovur: 3500 dollar və pulsuz bilet

05.03.2020 13:51

Martın sonuna qədər İsraildə qeyri qanuni yaşayan miqrantlar (-red. afrikalı miqrantlar nəzərdə tutulub) ölkəni tərk etsinlər. Çərşənbə günündən sonra İsrailə qeyri qanuni yollarla gələn miqrantlar həbs olunacaqlar.

Об этом сообщает Руспрес

A24.Az Reuters Agentliyinə istinadən xəbər verir ki, bu fikirləri İsrail Baş naziri Benyamin Netanyahu səsləndirib.

İsrail Baş naziri nazirlər kabinetinin iclasında çıxışı zamanı bildirib ki, 2013-cü ildən Misirlə İsrail sərhəddindən 60.000 yaxın qanunsuz sərhəd pozucuları aşkarlanıb. Bu şəxslərin də böyük əksəriyyəti müharibə və iqtisadi çətinlik səbəbindən (Sudan və Eritreyadan gələn miqrantlar) İsrailə gələnlərdir. İsrail höküməti iqtisadi vəziyyətə görə çətinlik çəkib gələn miqrantları nəzərdən keçirir.

Miqrantların üçüncü ölkəyə ekstradisiya edilməsi və ya öz ölkələrinə qaytarılması üçün tədbirlər planına başlanılır. İsrail hökuməti Afrikalı miqrantların ölkədən getməsi üçün 3500 dollar vəsait və pulsuz aviabilet təklif edir.

Əldə olunan məlumata görə, İsraildə qanunsuz yaşayan 38.000-a yaxın miqrant var.

Orxan Aslanlı // A24.Az