Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Netanyahudan İrana sərt XƏBƏRDARLIQ

05.03.2020 13:52

İsrail Baş Naziri Benyamin Netanyahu İranı, Qızıldəniz üzərindəki əhəmiyyətli boğazlardan biri olan Babul Mendeb Boğazını bağlamaq cəhdinə qarşı xəbərdarlıq edib.

Об этом сообщает Руспрес

A24.Az xarici mediaya istinadən xəbər verir ki, ölkənin şimalındakı Hayfa dəniz bazasında, dəniz zabitlərinin buraxılış mərasimində danışan Netanyahu “İran, Babul Mendebi bağlamağa çalışsa qarşısında buna mane olacaq güclü bir beynəlxalq koalisiya tapacağına əminəm. Bu koalisiyanın daxilində İsrail də olacaq”, – deyə B.Netanyahu bildirib.

Ancaq o, koalisiyanın hansı ölkələrdən ibarət olacağı ilə bağlı məlumat verməyib. Netanyahu, dənizin özlərinə bir çox imkanlar yaratdığını, dəniz sayəsində İsrail gəmilərinin geniş bir sahəyə çatdığını və bunun da ölkənin inkişafına böyük bir güc qatdığını qeyd edib. Xatırladaq ki, Husilər keçən həftə Qızıldənizdə Səudiyyə Ərəbistanına aid iki neft gəmisinə hücum təşkil etmişdi. Hücum zamanı tankerlərdən biri zədələnmişdi. Bu səbəbdən Ər-riyad rəhbərliyi, Babul Mendeb Boğazından neft transferinin təxirə salındığını bildirmişdi.

Orxan Aslanlı // A24.Az