Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Neymarın 2020-ci ildə satılacağı qiymət açıqlandı

05.03.2020 13:52

PSJ-nin ulduz futbolçusu Neymarla bağlı ortaya yeni iddia atılıb.

Об этом сообщает Руспрес

Braziliyalı uluduzn bir müddətdi “Barselona”ya dönmək istədiyi bildirilir. Kataloniya klubunun da onun yenidən komandada olmasını arzuladığı bildirilir. Həmçinin İspaniyanın digər böyük klubu – “Real” da bu futbolçunu heyətinə qatmağa çalışır.

A24.Az xəbər verir ki, İspaniyanın əsas qəzetlərindən biri olan AS Neymarın müqaviləsi ilə bağlı maraqlı detalı dərc edib. Qəzetin iddiasına görə, hazırda braziliyalı ulduzun müqaviləsində sərbəst qalma maddəsi yoxdu. Bu maddə olmadığından “Barselona” PSJ ilə anlaşmaq məcburiyyətindədi. Amma Paris klubu sərbəst qalma maddəsindəki məbləği – 222 milyon avronu ödəyərək heyətinə qatdığı futbolçunu satmaq istəmir.

AS-ın iddiasına görə, PSJ ilə 2022-ci ilə qədər müqaviləsi olan Neymarın sözləşməsindəki sərbəst qalma maddəsi 2020-ci ildə qüvvəyə minəcək. Həmin maddəyə əsasən, 160 milyon avro ödənəcəyi halda futbolçu istədiyi kluba keçə bilər. “Barselona” da məhz bu maddənin qüvvəyə minəcəyi tarixi gözləyir.