Norveçdə müsəlman qadınlar təhqir olundu
05.03.2020 13:52Norveçin “Fedrelandet viktigst” (“Vətən hər şeydən üstündür”) qapalı “Facebook” qrupunda avtobusda gedən bir dəstə çadra geyinmiş qadın şəkli paylaşılıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, postun müəllifi “İnsanlar bu barədə nə fikirləşir?” sualını verib.
Qrupun izləyiciləri narazılıqlarını bildiriblər. Onlar mühacirəti tənqid edən və çadra geyinməyi qadağa edən qanunu dəstəkləyən 100-dən artıq şərh yazıblar.
“Çox qorxulu görünür, qadağa etmək lazımdır. Paltarın altında kimin olduğunu bilmək olmur. Bu, silahlı terrorçular da ola bilər”, – deyə izləyicilərdən biri qeyd edib.
Lakin bir məqamı qeyd etmək lazımdır: Əslində şəkildə çadra geyinmiş qadınlar yoxdur. Şəkildə avtobusun boş oturacaqları göstərilir. (Oxu.az)

