Novruz Məmmədov peşə müəssisələri ilə bağlı qərar verdi
05.03.2020 13:52Azərbaycan Nazirlər Kabineti “Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri dövlət peşə təhsili müəssisələrinin büdcədən maliyyələşdirilməsi xərclərinin proqnozlaşdırılması məqsədi ilə hazırlanıb.
Peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri Azərbaycanın ərazisində fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.

