Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nüsrət Məmmədov: “Bu idarəni lazımsız bir təşkilat hesab edirəm”

05.03.2020 13:52

Azərbaycan Respublikası Diasporlarla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova

Об этом сообщает Роспрес

Uzun illərdir Qırğızstandakı Heydər Əliyev Fondunun və Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun təsisçisi və prezidenti kimi Azərbaycan Diaspora komitəsinin heç bir əməli fəaliyyətinin və yaxud bizlərə mənəvi köməyinin şahidi olmamışam. Sizə tapşırılan idarəni bu cür fəaliyyəti ilə həqiqətən lazımsız bir təşkilat hesab edirəm. Fikirləşmək olardı ki, sabiq hərəkətsiz rəhbərlik gedəndən sonra, komitənin işində köklü dəyişiklik baş verəcək, hansısa pozitiv dinamika müşahidə olunacaq. Lakin lazımi zaman keçməsinə baxmayaraq, hər şeyin həmin daş, həmin tərəzi olduğu qənaətinə gəlmək qəti çətinlik törətmir. Bu on illərdə bu qədər gərgin və gərəkli əməli fəaliyyətimizə sizə tapşırılan Komitə tərəfindən heç bir qiymət verilməyib.

Bizim fondlar bir kənara, hörmətli Sədr, sizin rəhbərlik etdiyiniz Komitə Avropada bəzi azərbaycanlı və ya digər millətlərin nümayəndələrindən olan antimilli ünsürlərin Azərbaycan əleyinə, onun dilinin, dininin, mədəniyytinin, tərəqqisinin, xəritəsinin, dövlətinin, dövlətçiliyinin, dövılətçilik atributlarının, bir sözlə, bütöv varlığının, şəxsən Azərbaycan prezidentinin, hətta onun ailə üzvlərinin əleyhinə şər və böhtanlarla dolu utandırıcı informasiyalar yaymalarına qəti tədbirlər görməməkdə siz də bir Komitə kimi suçlusunuz. Hər cürə əxlaqsız, utancverici məlumatların, viedoşouların, kiçik teatr səhnəciklərinin qarşısı alınmadığından, o cür üzdəniraq vətən təsibi çəkən nalayıq insanların çıxışlarının və social şəbəkələrdə yaratdıqları TV və video görüntülərinin sayı yağışdan sonra artan göbələk kimi çoxalmadadır. Bu məsələdə sizin Diaspora komitəsinin qəti fəaliyyətsizliyi mütləq qeyd edilməlidir. Bu, elə özünü, guya mövcud olan və ildə onların saxlanılmasına yüz minlərlə büdcə pulu xərclədiyiniz, hesabatlarınızda isə fəaliyyətlərindən ağız dolusu yazdığınız, yüksək qiymətlər verdiyiniz xaricdəki “Diaspor təşkilatlarının” susqunluqlarında tam şəkildə nümayiş etdirilir. Tərəfinizdən nümayiş olunan bütün bu lal-karlığı, susqunluğu, biganəliyi, bədgümanlığı, təəssübkeşsizliyi, közü, yalnız öz qabağına eşmək hərisliyini nəzərə alaraq, Azərbaycan Diaspora Komitəsi ilə əməkdaşlığa birdəfəlik son qomağa qərar verirəm. Buna görə də xahiş edirəm Komitənin saytında olan Türkdilli dövlətlərin siyasətinə dəstək fondu və “KİV və diplomatiya mərkəzi İctimai Birliyi” haqqında olan məlumatların silinməsinə göstəriş verəsiniz. Sizin Komitənin mövcudluğu və ya yoxluğu nə Azərbaycan üçün, nə də onun son illərdə geniş vüsət alan diaspor üzvləri üçün heç bir nə əməli, nə də mənəvi əhəmiyyəti yoxdur. Bizlər heç, biz siz var olmamışdan Vətən eşqi ilə göstərdiyimiz fəaliyyətimizi onsuz da, sizsiz də, daha da genişləndirib, işləyəcəyik, ancaq heç olmasa, məmləkətimizi qurub yaradan, Azərbaycanı çiçəkli gülüzara çevirən ölkənin prezidentinin ardınca atılan xəbis tutumlu qara daşlara reaksiya verməyə borcunuzu unutmayın. Allah Azərbaycanımızı və onun Prezidentini qorusun!

Nüsrət Məmmədov, Türkidlli dövlətlərin siyasətinə dəstək Fondunu prezidenti

Eqemberdi Ermatov adına mükafatın laureatı

Bişkek, Qırğıstan Respublikası 21 Sentyabr, 2018