Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Obamanın çıxışını dinləyən Tramp: “Yatmaq üçün çox yaxşıdır”

05.03.2020 13:52

ABŞ prezidenti Donald Tramp ölkənin sabiq lideri Barak Obamanın İllinoys Universitetində hazırkı administrasiyanın siyasətini tənqid etiyi nitqinə cavab verib.

Об этом сообщает Руспрес

Saytımız TASS-a istinadən xəbər verir ki, cümə günü Şimali Dakota ştatının Farqo şəhərində tərəfdarları qarşısında çıxış edən D.Tramp sabiq prezidentin nitqini dinləyərkən yuxuya getdiyini bildirib.

“Üzr istəyirəm. Mən onu [Obamanın çıxışını] izlədim, amma yuxuya getdim. O, çox yaxşıdır – yatmaq üçün çox yaxşıdır”, – deyə hazırkı prezident bildirib.

“Obamaya bunu demək istərdim: əgər iki il bundan öncə noyabrda [2016-cı ilin prezident seçkiləri zamanı] demokratlar öz proqramları ilə qalib gəlsəydilər, hazırda [ABŞ-ın ümumdaxili məhsulu üzrə artım] 4,2 faiz əvəzinə, sizə düzünü deyəcəyəm, 4,2 faiz eniş olacaqdı”, – deyə D.Tramp əlavə edib.